Azərbaycanda Yeni il bayramını qeyd etmək üçün şəhər əhalisinin əksəriyyəti rayonlarda yerləşən və fəaliyyət göstərən otellərə və istirahət mərkəzlərinə üz tuturlar. Bayram qabağı otellərdə nömrələrin əksəriyyəti bron edilib.
FED.az xəbər verir ki, məsələn hazırda Şəki və Qax rayonlarında yerləşən otellərdə yer tapmaq müşkil məsələdir. Bildirilir ki, bu rayonda olan otel nömrələrinin əksəriyyəti oktyabr ayından bron edilib. Yer tapa bilməyənlər isə kənd evlərini kirayələyirlər. Bölgələrdəki luk otellərdə isə Yeni il qiymətləri növbəti rekord vurub.
İsmayıllı rayonunun Baskal kəndində yerləşən «Baskal Resort SPA» hoteli il sonunda hoteldə Yeni il şənliyi üçün qiymətləri açıqlayıb.
Qeyd edək ki, bu oteldə Yeni ili qarşılamaq üçün 2 gecəlik qiymətlər 2 nəfər üşün 2 min manatdan başlayır. Buraya yeni il şənliyi, gündə 3 dəfə qidalanma və digər xidmətlər aiddir. 2 nəfər üçün 4 gecəlik qiymətlər isə 3 mindən başlayır.
Oteldə 4 nəfərlik paketin 2 günlük qiyməti 4 min manatdan başlayır. 4 nəfərin 4 gecəlik paketi isə azı 6 min manatdır . Yeni ili 4 nəfərlə suitdə və ya villada qarşılamaq isə 10 000 - 11 000 manat başa gələcək. Bu “Basqal Resort&SPA” mərkəzində ən bahalı otaq hesab olunur.
Yeri gəlmişkən şərtlərə görə, oteldə yeni il günlərinə otaq sifariş verib amma sonradan fikrini dəyişənlərdən böyük komissiya tutulacaq.
Belə ki, dekabrin 1-dək imtina olusa, ödənilmiş öulun yalnız yarısı qaytarılacaq. dekabrin 1-dən sonra imtinada isə ödəniş ümumiyyətlə qaytarılmır.
Bu qiymətlərə daxildir:
- “Basqal Suit” nömrə - 6 nəfərlik
- Gün ərzində 3 dəfə qidalanma, açıq bufet;
- 31.12.2022-ci il tarixində "Qala gecəsi"ndə iştirak;
- Gündəlik əyləncə proqramları;
- Pulsuz SPA xidmətləri: Qapalı Hovuz, Fitnes , Quru sauna və nəm buxar