“Azərbaycanda ehtiyac duyulan yeni turizm məhsullarının siyahısı hazırlanıb”.
Eləcə də bax: Restoranları rahat tapa biləcəyiniz sayt - İstifadəyə Verildi
FED.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Azərbaycan Turizm Bürosunun (ATB) nümayəndəsi Şərqiyyə Həsənova deyib.
O, qeyd edib ki, bunun üçün ölkədəki 20 ən böyük turizm təşkilatı ilə məsləhətləşmələr aparılıb: “Lazımi turizm məhsulları arasında ilk yeri ekoturizm tutur. Biz qonşu ölkələrin bu sahədə təcrübəsini öyrənmək üçün bir neçə ay vaxt sərf etdik. Həmçinin dağ-meşə turizmi də tələb olunan məhsullardan idi ki, biz Avropa təcrübəsini öyrənib onu tətbiq etməyə başlamışıq”. (Report)