Qəbələdəki «Tufandağ» istirahət mərkəzində 3 ölkə təbiətinin harmoniyası canlanır: İsveçrənin əyləncəli soyuğu, qışda Kosta Rikanın can isidən günəşi və Çilinin əzəmətli görünüşə malik dağları.
Eləcə də bax: Hansı sərfəlidir "Şahdağ" yoxsa "Tufandağ" - QİYMƏTLƏR
FED.az biznes portalı APA TV-yə istinadən bildirir ki, bura 2020-ci il üçün İslam Turizm paytaxtı seçilən Qəbələnin 4 kilometrliyində, 4191 metr hündürlükdə yerləşən «Tufandağ» Qış-Yay Turizm Kompleksinin sahibi və “Qəbələ Hotellər Qrupu”dur.
Turizm məkanında müxtəlif növ ekstrim idman növləri qonaqların ixtiyarındadır. Böyüklü-kiçikli hər kəs adrenalin yaşamaq, istirahətin dadını çıxarmaq üçün bura gələrək əylənir. Yerli camaatla yanaşı, bura xarici turistlər də gəlir.
«Tufandağ»da kanat xətlərinin uzunluğu 6 kilometrə bərabərdir. Bunlar Riverside, Qəbələ, Duruca və Yatmış Gözəl kanat yollarıdır. 4 stansiyadan ibarət olan kanatın ən uzun xətti 2 kilometrdir.
Bundan başqa, Tufandağ Qış-Yay Turizm Kompleksində 15 kilometr uzunluqda xizək yolu mövcuddur.
Bu cür adrenalin dolu əyləncələrdə təhlükə qaçılmazdır. Xüsusi xilasetmə qrupları həmin təhlükələri dəf etmək üçün iş başında ayıq-sayıq vəziyyətdədirlər. Amma «Şahdağ»dan fərqli olaraq burada turistlərin sığortalanması nəzərdə tutulmayıb.
«Tufandağ» nümayəndələri bildirir ki, ötən illə müqayisədə istirahət və əyləncə qiymətləri ucuzlaşıb.
Xizək biletinin qiyməti keçən il 30 manat idisə, bu il 25 manatdır. «Şahdağ»da olduğu kimi, «Tufandağ» nümayəndələri də qiymətləri «bahalı Avropa» ilə müqayisə etməyə üstünlük verirlər. Burada bildirirlər ki, kompleksdəki xizəkçilik mərkəzi digər ölkələrdəki mərkəzlərdən ucuzdur. Gürcüstanda 20 dollar, Avropada 10 avroyadırsa, Azərbaycanda 20 manatadır.
Ötən il Qəbələyə 250 mindən çox turist gəlib. Bunların da 26 122-si yerli qonaqlardır.
Dövlət Turizm Agentliyi bu il Qəbələ mərkəz olmaqla ətraf 4 rayonu - Şamaxı, İsmayıllı, Oğuz rayonlarını əhatə edən destinasiya menecment təşkilatının yaradılmasını da nəzərdə tutur.