Xəzər dənizinin Azərbaycana aid hövzəsində 23 ada var. Amma, bu adalara səyahət etmək yalnız xüsusi icazələrlə mümkündür.
Xəzər dənizində süni torpaq sahələri yaradılır
FED.az xəbər verir ki, bir neçə il əvvəl turistlərin istirahətini təmin etmək məqsədilə ölkənin ən böyük adası olan və Nargin adı ilə tanınan Böyük Zirədə "Azərbaycan Mirvarisi" turizm layihəsinin salınması planlaşdırılsa da, icrası tamamlanmadı
Turizm üzrə ekspertlər deyir ki, ada turizmi həm gəlirli, həm də inkişaf perspektivlərinin yüksək qiymətləndirilməsi baxımından tələbatlı sahədir. Lakin Azərbaycanda adalara səyahət təşkil etmək həm nəqliyyat, həm də icazə baxımından çətin olduğundan turist gəzintilərinin həyata keçirilməsi mümkün deyil.
Ekspert onu da əlavə etdi ki, ölkədəki adaların, xüsusilə də Pirallahı rayonunun coğrafi mövqeyi və iqlim şəraiti turizmin inkişafı üçün olduqca əlverişlidir. Rayon ərazisinin əsasən adalardan ibarət olması buna daha çox imkan yaradır.
Ölkədə ada layihələrinin yaradılması məsələsi ilə bağlı Dövlət Turizm Agentliyinə də müraciət etdik.
Qurumdan bildirildi ki, Xəzər dənizində yerləşən adaların turizm baxımından inkişafına ümumi bir yanaşma tətbiq oluna bilər. Bu mənada ilkin olaraq əlçatanlıq məsələsinin həlli önəmlidir. Hazırda bu sahənin inkişafı prioritet istiqamət deyil. (Xezerxeber.az)