Azərbaycandan Amerika Birləşmiş Ştatlarına səfər etmək istəyən və buna görə, viza üçün müraciət edən şəxslərin 3-də biri imtina cavabı alır.
FED.az xəbər verir ki, son məlumatlara görə, 2023-cü ildə ABŞ səfirliyinə viza üçün müraciət edənlərin 36%-nə viza verilməsindən imtina edilib.
Qeyd edək ki, keçmiş sovet respublikaları arasında ABŞ vizası ilə bağlı ən yaxşı vəziyyət Baltikyanı dövlətlərdə, xüsusilə Latviyadadır – burada viza üçün müraciət edənlərin cəmi 9%-i imtina alır, 91% üçün isə vizaya müsbət cavab verilir.
Litvada viza müraciətlərinin 13,4%-nə, Estoniyada isə 16,2%-nə imtina verilir. Qalan hissə vizasını uğurla ala bilir.
Azərbaycanda ABŞ vizası almaq - 3 DƏFƏ ÇƏTİNLƏŞİB – RƏQƏMLƏR AÇIQLANDI
MDB ölkələri arasında isə ABŞ vizaları ilə bağlı ən yaxşı vəziyyət Belarusdadır. ABŞ və Belarus arasında siyasi münasibətlər olduqca gərgin olsa da, Belarus vətəndaşlarının ABŞ vizası alması başqa respublikalardan daha asandır – bu ölkədə ABŞ vizasından imtina faizi cəmi 33% təşkil edir. Vizanın asanlığına görə, sonrakı yeri Azərbaycan və daha sonra Rusiy tutur – şimal qonşumuzun ABŞ-la münasibətlərinin gərgin olması rusların viza almasına mane olmayıb – hər 100 nəfərdən 61-i viza ala bilib.
ABŞ səfirliyinə viza üçün müraciət edən Qırğızıstan vətəndaşlarının 41,4%-i, Qazaxıstan vətəndaşlarının 41,9%-i, moldovalıların 42,4%-nə viza imtinası verilir.
Maraqlıdır ki, ABŞ-la münasibətləri daha yaxşı olan Ermənistan və Gürcüstan vətəndaşları üçün viza imtinası faizi daha yüksəkdir – Gürcüstanda 49%, Ermənistanda 51% imtina cavabı alır. Ermənistanın «ABŞ vizası» göstəricisi Türkmənistan səviyyəsindədir – 51%.
MDB məkanında ən həvəssis ABŞ vizaları Tacikistan və Özbəkistanda verilir, burada imtina faizi müvafiq olaraq 54% və 56%-dir.
Azərbaycanın yaxın qonşularına gəlincə, Amerika səfirliyinin ümumiyyətlə olmadığı İranda vətəndaşların viza müraciətilərinin cəmi 47%-i müsbət başa çatır, İran vətəndaşlarının 53%-nə imtina verilir. Qardaş Türkiyədə isə ABŞ vizası müraciətlərinə daha isti baxılır – 100 nəfərdən 80%-i müsbət cavab alır.
Ümumilikdə dünya ölkələri arasında cəmi 2 ölkə ABŞ vizasını 1005 alır, bunlar Avropanın cırtdan ölkələri - Lixtenşteyn və Monakodır.
Digər ölkələr sırasında ABŞ vizasını ən yaxşı alanlar, ərəb ölkələri və ABŞ-ın yaxın müttəfiqləridir.
Belə ki, imtina faiz Qətərda cəmi 2,5%, Uruqvayda 3,2%, İsraildə 3,3%, Küveytdə 4%, BƏƏ-də 4,2%, Malayziya və Kiprdə 4,4%, Omanda 4,8%, Tayvanda 4,9%, Səudiyyə Ərəbistanında 5%, HonKonqda isə 5,5% təşkil edir.
Bəzi ölkələr isə 2023-cü ildə ümumiyyətlə ABŞ vizası ala bilməyiblər. Mikroneziya, Şimali Koreya və Palau respublikalarına isə ümumiyyətlə ABŞ vizası verilmir, imtina səviyyəsi 100%-dir.
Afrika ölkələri də ABŞ vizasının çətinliklə verildiyi ərazilərdir. Afrika ölkələrindən viza üçün müraciət edənlərin orta hesabla 60%-70%-i, yəni hər 10 nəfərdən 6-7-si imtina cavabı alır
Məsələn imtina səviyyəsi Eritreyada 62%, Cibutidə 68%, Seneqalda 70%, Ruanda da 71%, Laosda 73% və Liberiyada 78% təşkil edir.