Dövlət Turizm Agentliyi Azərbaycanda 4 hotelin ulduz kateqoriyasını ləğv edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi qərar verib. Yeni qərar 2 və 1 ulduzlu hotellərə şamil olunub.
Belə ki, üç 2 ulduzlu və bir 1 ulduzlu hotelin kateqoriyası ləğv edilib. Bununla da ölkədə ulduz kateqoriyalı hotellərin sayı 279-dan 275-ə düşüb.
Hazırda Azərbaycanda 23 hotel 5 ulduzlu, 43 hotel 4 ulduzlu, 97 hotel 3 ulduzlu, 81 hotel 2 ulduzlu, 31 hotel isə 1 ulduzludur. Ulduzlu hotellərin 201-i Bakıda yerləşir ki, bu da ölkə üzrə ümumi göstəricinin təxminən 73 %-ni təşkil edir.














