Azərbaycanda 30-a yaxın populyar brend olan "Go Crispy" və "Tea Time" restoranlarının açılması planlaşdırılır.
FED.az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Xatırladaq ki, iyulun 25-də Qətərin "Al Baladi Holding" şirkəti ilə Azərbaycan sərmayəsi ilə BƏƏ-də təsis edilmiş "Green Capital Management" şirkəti arasında strateji əhəmiyyətli saziş imzalanıb: “Həmin sazişə əsasən, Azərbaycanda "Go Crispy" və "Tea Time" restoranlarının açılması nəzərdə tutulur. Bu strateji plan çərçivəsində 2 il ərzində təxminən 30 yeni restoranın fəaliyyətə başlaması planlaşdırılır".
KOBİA sədri bu razılaşmanın Azərbaycana xarici sərmayənin yatırılması və yeni iş yerlərinin yaradılması baxımından vacib olduğunu bildirib: " Yeni layihələr sayəsində ölkədə yeni iş yerlərinin açılması və iqtisadiyyatın inkişafına töhfə verilməsi gözlənilir".
Xatırladaq ki, qarşıdakı 2 il ərzində sözügedən "Go Crispy" və "Tea Time" brendlərinin dünyanın 27 ölkəsində ümumilikdə 400-dən çox restoranının açılması nəzərdə tutulur.