Onlayn bronlaşdırma sistemi olan booking.com-da bu ilin yanvar-may ayları üçün Azərbaycanın şəhər və rayonlarındakı 3 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 77,6 manat təşkil edib.
FED.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14,4 % artıb.
Hesabat dövründə ən yüksək qiymət 149 manat olmaqla Qubadakı hotellərdə qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42 % azalıb.
İkinci yerdə 115 manat olmaqla Şamaxının hotelləri qərarlaşıb. Bir il öncə bu rayonda 3 ulduzlu hotel olmayıb.
3 ulduzlu hotellər arasında üçüncü yeri isə 89,7 manat olmaqla Qəbələ tutub. Bu şəhərdə orta qiymət illik müqayisədə 73,5 % artıb.
Lənkəranda 3 ulduzlu hotellərdə bir gecə qalmaq üçün 80 manata (- 60 %), Bakıda 78,8 manata (+ 25 %), Gəncədə isə 77 manata (+ 40 %) başa gəlib.