2025-ci ilin yekunlarına əsasən, Azərbaycana səfər edən xarici vətəndaşların sayı üzrə ən aşağı göstəricilər də məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə Yaxın Şərq regionunun bəzi ölkələrindən gələn qonaqların sayı digərlərinə nisbətən az olub.
Siyahının bu hissəsində İraq 7 min 405 nəfər göstərici ilə yer alıb.
Bəhreyndən gələn turistlərin sayı 5 min 284 nəfər təşkil edib. Yəmən 3 min 181 nəfər göstərici ilə növbəti sırada qərarlaşıb.
Digər ölkələr üzrə göstəricilər aşağıdakı kimidir:
Qətərdən 2 min 874 nəfər, Livandan isə 1 min 458 nəfər turist gəlib.
Fələstin 1 min 393 nəfər göstərici ilə siyahının aşağı pillələrində yer alıb.
Siyahını Kipr (783 nəfər) və ən aşağı göstərici ilə Suriya (387 nəfər) tamamlayır.











