Bu ilin yanvar-noyabr aylarında təyyarələrlə Azərbaycana 41 ölkədən 24 min 498 uçuş həyata keçirilib.
FED.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Hesabat dövründə uçuşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 ölkə və 3 767 aviareys (18,2%) çoxdur.
Belə ki, ötən ilin eyni dövründə Azərbaycana 35 ölkə üzrə 20 min 727 aviareys həyata keçirilmişdi.
Hesabat dövründə Azərbaycana ən çox Rusiyadan uçuş həyata keçirilib. Belə ki, dövr ərzində Rusiyadan 7 min 157 reys həyata keçirilib ki, bu da 1 il əvvələ nisbətən 755 aviareys və ya 11,8% çoxdur.
Azərbaycan Rusiyadan sonra ikinci ən çox uçuş təşkil edən ölkə Türkiyə olub. bu ölkədən Azərbaycana 5 365 uçuş olub. İllik müqayisədə Türkiyədən aviareyslərin sayı 194 aviareys (3,8%) artıb.
Birləşmiş Ərəb Əmirlikləri 2 min 942 aviareyslə 3-cü ən çox uçuş həyata keçirən ölkə olub. Bu ölkədən təşkil oluna aviareyslərin sayında son bir il ərzində 771 aviareys başqa sözlə 35,5% artım baş verib
Bu dövrdə Gürcüstandan Azərbaycana 1 846, Qazaxıstandan isə 808 avirayes təşkil edilib
Hesabat dövründə ən az uçuş sayı 1 olmaqla Yunanıstan, Xorvatiya, Niderland və Belçikadan həyata keçilib.
Yalnız noyabrda isə Azərbaycana təyyarələrlə 2 052 uçuş həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 120 aviareys başqa sözlə 6,2% çoxdur.
Noyabr ayında ilk beşlikdə Rusiya (543 uçuş), Türkiyə (448 uçuş), BƏƏ (313 uçuş), Gürcüstan (159 uçuş) və Qazaxıstan (78 uçuş) olub.