Macarıstanın aşağı büdcəli aviaşirkəti - “WizzAir” İtaliyanın 5 şəhərindən müxtəlif istiqamətlərdə simvolik məbləğə uçmaq istəyənlər üçün kampaniya keçirir.
Eləcə də bax: Azərbaycanla xaric arasında təyyarə biletləri ucuzlaşıb – RƏSMİ
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, kampaniyanın şərtlərinə görə, loukoster 10 min birtərəfli aviabileti 2 avrodan (təxminən 4 manatdan) satışa çıxarıb.
"Su qiymətinə" biletlər gələn il fevralın 22-nə qədər həyata keçiriləcək uçuşlara aiddir.
Xatırladaq ki, “WizzAir” Azərbaycana da uçuşlar reallaşdırır. Aviaşirkət Bakı-Budapeşt-Bakı və Bakı-Dubay-Bakı reyslərini həyata keçirir.