204-cw ilin 9 ayı ərzində Azərbaycana 1 milyon 983 min əcnəbi səfər edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 447,5 min nəfər və ya 29,1% çoxdur.
Turizm məqəsdi ilə gələnlərin sayı 368,6 min nəfər və ya 35,3% artaraq 1 milyon 413 min nəfərə yaxınlaşıb. Digər məqsədlərlə gələnlərin sayı 78,9 min nəfər (16,1%) artaraq 570,4 min nəfərə yüksəlib.
Hesabat dövründə turizm məqsədi ilə gələnlər ümumi əcnəbilərin 68%-ni, digər məqsədlə gələnlər isə 32%-ni təşkil edib.