Koronavirus pandemiyası səbəbindən Azəraycana gəlişi qadağan olunan bəzi ölkələrin vətənaşlarının ölkəyə gəlişinə icazə verilib.
Eləcə də bax: Bu tarixdən Azərbaycanla İran arasında birbaşa uçuşlar - BƏRPA EDİLƏCƏK
FED.az xəbər verir ki. Nazirlər Kabinetinin 15 fevral tarixli müvafiq Qərarı ilə hava yolu ilə Azərbaycana giriş-çıxışına icazə verilən ölkələrin sayı artırılıb.
Bunlar
- Albaniya Respublikası;
- Dominikan Respublikası;
- Filippin Respublikası;
- Gürcüstan;
- Hindistan;
- İndoneziya;
- İran İslam Respublikası;
- Kolumbiya Respublikası;
- Moldova Respublikası;
- Özbəkistan Respublikası;
- Pakistan İslam Respublikası;
- Peru Respublikası;
- Tacikistan Respublikası;
- Tailand Krallığı;
- Tunis Respublikası;
- Türkmənistan Respublikası;
- Venesuela Bolivar Respublikasıdır.
Qərara əsasən, həmin ölkələrin vətəndaşları və o ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşları, habelə vətəndaşlığı olmayan şəxslər Qərarda göstərilmiş tələblər (COVID-19 pasportu, PCR testi və s.) nəzərə alınmaqla, hava yolu ilə Azərbaycana giriş-çıxış edə bilərlər.