Hindistandan Azərbaycana gələn turistlərin sayı kəskin artıb.
FED.az Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, bu ilin ilk yarısında Azərbaycana gələn turistlərin təqribən 10%-i hindistanlılar olub.
Bu göstəriciyə görə, Hindistan Rusiya və Türkiyədən sonra Azərbaycana ən çox turist göndərən ölkəyə çevrilib. İlk 6 ayda Hindistandan Azərbaycana 120 min turist gəlib. Ötən illə müqayisədə hind turistlərinin sayında 2,5 dəfə artım var. Xatırladaq ki, 2023-cü ilin ilk yarısında Hindistandan gələnlərin sayı 48 min olmuşdu.
Belə ki, bu ilin yanvar-iyun aylarında Qəbələyə 44 min 310 nəfər yerli və əcnəbi turist gəlib, bunlardan 17 min 641 nəfəri və ya 39,8 faizi Azərbaycan, 26 min 669 nəfəri və ya 60,2 faizi xarici ölkə vətəndaşı olub. Qəbələyə gələn əcnəbi turistlər arasında Hindistan vətəndaşları üstünlük təşkil edib. Belə ki, altı ayda bu ölkənin 14 min 66 vətəndaşı Qəbələdə olub. Bu ümumi turistlərin 30%-i, xarici turistlərin isə yarıdan çoxu deməkdir.