Turizm

Azərbaycana gələn xaricilər bank kartları ilə 272 milyon manat xərcləyiblər

Azərbaycana gələn xaricilər bank kartları ilə 272 milyon manat xərcləyiblər | FED.az
15:15 30 Aprel 2019

2019-cu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 157 ölkəsindən 610,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 

FED.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin aprel ayı üçün olan sayında göstərilib.

Məlumata görə, 2019-cu ilin yanvar-mart ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 271,6 milyon manat olub.

Bu ilin mart ayında Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları isə 98 milyon manat təşkil edib.

Eləcə də bax: Məhkəmələrdə problemli kreditlərlə bağlı işlərin icraatı dayandırılıb

Digər xəbərlər

Banner