Bu ilin yanvar-may aylarında Azərbaycana 979,9 min xarici vətəndaş səfər edib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.
FED.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin hesabatına əsasən, təkcə cari ilin may ayında ölkəyə 244 min nəfər xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, 2024-cü ilin may nisbətdə 2 faiz, cari ilin aprel ayına nisbətdə isə 7,1 faiz çoxdur.
2025-ci ilin yanvar-may aylarında Azərbaycana gələn turistlərin sayına görə TOP 10 ölkə:
Rusiya - 241,1 min
Türkiyə - 173,4 min
Hindistan - 104,4 min
İran – 84,2 min
Gürcüstan – 43 min
Qazaxıstan – 35 min
Səudiyyə Ərəbistanı – 28,5 min
Pakistan – 27,7 min
İsrail – 20 min
Birləşmiş Ərəb Əmirlikləri – 19,5 min (Vergiler.az)