2024-cü ilin yanvar-oktyabr ayları ərzində xarici ölkələrdən Azərbaycana 1 milyon 568,5 min nəfər turist vətəndaş gəlib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Azərbaycana ən çox turist 527,2 min nəfər olmaqla Rusyadan gəlib.
Hindistan 195,9 min turist sayı ilə ikinci, Türkiyə 133,8 min tuist sayı ilə 3-cü pillədə qərarlaşıb.
Cari ilin 10 ayı ərzində 86,8 min nəfərdən çox turist Səudiyyə Ərəbistanından Azərbaycana gəlib.
Qazaxıstandan gələn turistlərin sayı isə 62 min nəfər təşkil edib.
Pakistandan gələnlərin sayı 61,5 min nəfər, Gürcüstandan gələnlərin sayı 51,1 min nəfər olub.
Ən az turist isə Suriya (297 nəfər), Norveç (1 424 nəfər) və İsveçrə vətəndaşları (1 678 nəfər) olub.