Çində təhlükəli virusun yayılmasından sonra görülən tədbirlərə və bu ölkədən turist səfərlərinin azalmasına baxmayaraq Azərbaycana Çindən gələn turistlərin səfərlərindən təxirə salınanı olmayıb.
Eləcə də bax: Böyük Çin səddi - BAĞLANACAQ
Bunu FED.az-a Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib. Agentlik nümayəndəsinin sözlərinə görə, hər ay Çindən Azərbaycana təxminən 2 min turist gəlir: «Baş verənlər bu rəqəmə təsir etməyib və edəcəyini də gözləmirik. Çindən gələn turist turlarındə hər hansı bir təxirə salınma halları olmayıb. Ümumiyyətlə Çində baş verən bu virusla bağlı Azərbaycan və Çin arasında turist gediş-gəlişinə təsir olmayıb»-deyə DTA-nın nümayəndəsi bildirib.
K.Quluzadənin sözlərinə görə, Çində koronavirus xəstəliyininnyayılması ilə bağlı Azərbaycan turixm şirkətlərinə xəbərdarlıq edilib ki, Çinə aparılan turistləri xəstəlik barədə məlumatlandırsınlar: «Bizdə hələ yanvar ayının nəticələri yoxdur. Amma şirkətlərlə əlaqə saxlayırıq. Turizm şirkətlərindən bizə bildiriblər ki, Çindən Azərbaycana gələn turist sayənda azalma yoxdur» – deyə Kənan Quluzadə bildirib.
Məlumat üçün bildirək ki, son bir neçə gündə Çində koronavirusa yoluxanların sayı sürətlə artır. Artıq Çində bu xəstəliyə 2002 min nəfər yoluxub, 80 nəfər vəfat edib.
Virusla əlaqədar olaraq həm xarici turistlərin Çinə səfərləri dayanıb, həm də Çin hökuməti çinli turistlərin xaricə qrup turları səyahətlərini təxirə salıb. Yanvarın 24-dən daxili turizm səfərləri, yanvarın 27-dən, yəni bu gündən isə xarici qrup turizm səfərləri də dayandırılıb.
Bu qərarın dünya turizmi üçün nə qədər əhəmiyyətli olduğunu gösğərmək üçün bircə onu qeyd etmək kifayətdir ki, 2019-cu ildə 170 milyon Çin vətəndaşı xaricə səyahət edib. Hazırda çinli turistlər həm sayına, həm də xərclədikləri məbləğlərə görə, dünyanın əsasç turistləri sayılırlar
Bu mənada, virusla əlaqədar olaraq turist səfərlərinin qadağan edilməsi dünya turizminə təsirsiz ötüşməyəcək.