2024-cü ilin yanvar fevral ayları ərzində xarici ölkələrdən Azərbaycana 213,7 min nəfərə yaxın turist gəlib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu illik müqayisədə 71,9 min nəfər və ya 51% çoxdur.
Ən çox artım say ifadəsi ilə 15,2 min nəfərlə (28%) Rusiyanın payına düşüb.
Rusiyadan sonra ən çox turistləri gələn ölkə 14,9 min nəfərlə (2,8 dəfə) Hindistan olub.
Səudiyyə Ərəbəsitanından gələnlərin sayı isə son bi il ərzində 7,7 min nəfər və ya 3,3 dəfə artıb.
Bundan başqa Qazaxıstan üzrə 6 min nəfər (2,8 dəfə), Küvyet üzrə 3 min nəfər (75%), Gürcüstan üzrə 2,5 min nəfər (39%), Oman üzrə 2,3 min nəfər (2,1 dəfə) BƏƏ üzrə 2,2 min nəfər (33%) artım baş verib.
Ümumilikdə 15 ölkənin turistlərinin sayında kəskin artım qeydə alınıb.