Azərbaycan yenə ərəb turistlərə - QAPILARINI AÇIR
Birləşmiş Ərəb Əmirliklərinin aşağı büdcəli şirkəti olan "Air Arabia" aviaşirkəti Abu-Dabidən Bakıya birbaşa uçuşlara başlayir.
FED.az şirkətə istinadən xəbər verir ki, şirkət öz uçuş şəbəkəsini genişləndirir və ərəblərin pandemiyadan sonrakı ilk reysi iyulun 15-dən etibarən işə düşəcək.
«İndi müştərilər Abu-Dabidən Bakıya birbaşa reyslər üçün biletləri Air Arabia-nın saytına daxil olmaqla, şirkətə zəng etməklə və ya turist şirkətləri vasitəsilə ala bilərlər»-deyə «Air Arabia» şirkətinin açıqlamasında bildirilir.
Şirkət elan edib ki, «Covid-19» pandemiyasından sonra «Air Arabia» şirkətini təyyarələrində bütün təhlükəsizlik tədbirləri görülüb və ən sərt beynəlxalq protokollurın tələblərinə cavab verir. «Air Arabia»nın bütün təyyarələri, təhlükəsiz mühit yaradan HEPA filtrləri ilə təmin edilib.
Uçuşlar «Airbus A320» təyyarələri ilə həftədə iki dəfə yerinə yetiriləcək. Cümə axşamları təyyarə Abu-dabidən yerli vaxtla 11-50-də çıxıb Bakıya 14-55-də çatacaq. Bazar günü isə Bakıdan yerli vaxtla 16.15-də çıxıb Abu-Dabiyə 19.15-də çatacaq.
«Air Arabia eyni zamanda pulsuz COVİD-19 sığortası təqdim etməklə, sərnişinlərin rahatlığını və əminliyini artırıb. Sığorta avtomatik olaraq bronlaşdırmaya daxil edilir və sərnişinlərdən əlavə sənəd tələb olunmur» - deyə şirkətin saytında yer alan məlumatda bildirilir.
Xatırladaq ki, 2003-cü ildə yaradılan Air Arabia şirkəti bütün Yaxın Şərqdə ilk ucuz qiymətli aviaşirkətdir. Şirkət dünyanın hər tərəfində 170 şəhərə uçuşlar həyata keçirir.