Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısı müəyyənləşib.
Eləcə də bax: Prezident Türkiyə ilə viza Sazişini - TƏSDİQLƏDİ
FED.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə qanun layihəsində bildirilib.
Həmin sənədlər aşağıdakılardır:
1. Azərbaycan Respublikasının diplomatik pasportu;
2. Azərbaycan Respublikasının xidməti pasportu;
3. Azərbaycan Respublikasının ümumvətəndaş pasportu.
4. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ( Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 saylı sənədinin və onun cari əlavələrinin standartlarına müvafiq olaraq maşınla oxunan və biometrik məlumatları ehtiva edən);
5. Azərbaycan Respublikası dənizçinin şəxsiyyət sənədi (gəmi heyətinin siyahısı və ondan çıxarış olduğu halda);
6. Dəmiryolu nəqliyyatı işçisinin şəxsiyyət vəsiqəsi 9 qatarların briqadası tərkibində hərəkət etdiyi təqdirdə);
7. Uçuş heyətinin şəxsiyyət vəsiqəsi;
8. Azərbaycan Respublikasının vətəndaşına rəsmiləşdirilən Azərbaycan Respublikasının qayıdış şəhadətnaməsi ( Azərbaycan Respublikasına qayıtmaq üçün Türkiyə Respublikasında yalnız müvəqqəti qalmaq, oradan tranzit keçmək və çıxmaq üçün).