“Azərbaycan və Qazaxıstan arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında" sazişə dəyişiklik edilməsinə dair protokol imzalanıb.
FED.az "marja.az"a istinadən xəbər verir ki, Protokol Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən görüşündə imzalanıb.
Eləcə də bax:Azərbaycan və Aİ arasında viza rejiminin sadələşdirilməsi üzrə - İCLAS KEÇİRİLƏCƏK
Dəyişiklik Qazaxıstan və Azərbaycan vətəndaşlarının bu ölkələrin ərazisində qalma müddətinin 30 gündən 90 günə qədər artırılmasını nəzərdə tutur.
Eyni zamanda, dəyişikliklə hər iki ölkənin vətəndaşları 30 günə qədər rəsmi orqanlarda qeydiyyata düşməkdən azad edilir.
Protokolu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Qazaxıstanın Daxili İşlər naziri imzalayıblar.