2022-ci illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 25,5 faiz artaraq 1 milyon 868,7 min nəfər olmuşdur.
Gələn ildən regionlarda mehmanxana, hotel və sanatoriyalara - 3 İL VERGİ GÜZƏŞTİ OLACAQ
FED.az xəbər verir ki, bu barədə məlumatları Dövlət Statistika Komitəsi yayıb.
Qeyd edilib ki, Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,5 dəfə, Gürcüstana gedənlərin sayı 31,8 faiz, Türkiyəyə gedənlərin sayı 24,3 faiz artmış, İrana gedənlərin sayı 27,7 faiz azalmışdır.
Ölkə vətəndaşlarının 43,6 faizi Türkiyəyə, 21,5 faizi Rusiya Federasiyasına, 9 faizi Gürcüstana, 7,6 faizi İrana, 18,3 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 64,9 faizini kişilər, 35,1 faizini qadınlar təşkil etmişdir.
2023-cü ildə xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,5 faizi hava, 30,0 faizi dəmir yolu və avtomobil, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.