Azərbaycan, Ermənistan, Ukrayna, Rusiya və Belarusun koronavirus test nəticəsi neqativ olan vətəndaşları martın 1-dən etibarən Gürcüstana səfər edə biləcəklər.
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat naziri Natiya Turanava açıqlama verib.
Baş nazir İrakli Qaribaşvilinin bu gün keçirilən brifinqdə açıqlamasına görə, martın 1-dən etibarən Batumidə, martın 8-dən etibarən isə digər bütün şəhərlərdə restoranların qapalı məkanlarda xidmət göstərməsinə icazə veriləcək. Qaribaşvili həmçinin şəhərlərarası nəqliyyatın fevralın 25-dən etibarən bərpa olunacağını qeyd edib.
Bununla yanaşı ölkədə 2020-ci ilin 28 noyabr tarixindən tətbiq olunan komendant rejiminin qüvvədə qalacağı bildirilib. Qaydaya görə, axşam saat 9-dan səhər saat 5-ə qədər çölə çıxmaq qadağandır. (Qafqazinfo)