Azərbaycan yenilənmiş “Henley & Partners Visa Restrictions Index” reytinqində 6 mövqe qalxaraq 74-cü yerdə qərarlaşıb. Bu barədə “Henley & Partners”in məlumatında qeyd edilir.
Eləcə də bax: Azərbaycan vətəndaşlarının - Vizasız Gedə Biləcəyi - 66 ÖLKƏ, SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, “Henley & Partners” şirkətinin viza məhdudiyyətləri üzrə indeksi (Visa Restrictions Index) dünyanın 200-dən çox ölkəsinin və ərazilərin viza tələblərini analiz edir.
“Hesabat dövrü ərzində ölkə Oman ilə vizasız səfərlər haqqında müqavilə imzalayıb. Azərbaycan vətəndaşları dünyanın 69 ölkəsinə vizasız səfərlər edə bilərlər”, - birinci rüb üçün İndeksin məlumatında deyilir.
“Henley & Partners” qeyd edir ki, Sinqapur və Yaponiya birinci yeri bölüşür (192 vizasız istiqamət), Almaniya və Cənubi Koreya ikinci yeri bölüşür (190 vizasız istiqamət).