Azərbaycan 1 Sentyabrdan etibarən Türkiyə vətəndaşlarına viza rejimini ləğv edəcək.
FED.az xəbər verir ki, bunu Türkiyənin Xarici işlər Naziri Mövlud Çavuşoğlu bildirib.
Qeyd edək ki, Azərbaycan vətəndaşları Türkiyəyə vizasız səfər etsələr də, Türkiyə vətəndaşlarına ölkəmizə səfər üçün viza tələb olunurdu.
Hazırda qüvvədə olan rejimə görə, ümumvətəndaş pasportu olan Türkiyə vətəndaşları rüsum ödəmədən Azərbaycana 30 günlük giriş vizasi ilə gələ bilərlər. Bu müraciətlərə ən geci 3 iş günü ərzində baxılır.
Diplomatik, xüsusi və xidməti pasportu olan Türkiyə vətəndaşları Azərbaycana vizasız gələ və hər gəlişdə 90 gün qala bilərlər.