Yanvarın 10-da Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına yeni üzvlərin qəbulu ilə bağlı toplantı keçirilib.
"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası"na yeni üzvlər - QƏBUL EDİLİB - SİYAHI
Bu barədə FED.az-a Assosiasiyadan məlumat verilib.
Bildirilib ki, qurumun İdarə Heyəti tərəfindən baş tutan iclasda üzvlüklə bağlı müraciət edən 17 şirkət Assosiasiyaya yeni üzv seçilib. Bununla da ATAA üzvlərinin sayı 132 olub.
"İclas zamanı üzvlük haqqının təyin olunması məsələsi də müzakirə edilib və İdarə Heyətinin təklifinə əsasən ATAA-ya üzv olan hər bir şirkət üçün illik 360 azn olmaqla üzvlük haqqı təyin olunub.
Toplantıda həmçinin 2022-ci ilin ikinci yarısında Assosiasiya tərəfindən görülən işlər haqqında məlumat verilib, eyni zamanda hava yolları şirkətləri ilə qiymət siyasətinin tənzimlənməsi, qeyri sağlam turizm fəaliyyətinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, hotellərlə qarşılıqlı əmkdaşlıq əlaqələrinin genişləndirilməsi, turizm sənayesi nümayəndələri arasında sağlam rəqabət mühitinin yaradılması, eləcə də şengen vizaların alınması və bu istiqamətdə mövcud problemlər müzakirə olunub,təkliflər dinlənilib.
İclasda həmçinin bu ildən etibarən ATAA üzvlərinə üzvlük sertifikatlarının verilməsi, şirkətlər arasında etik davranış kodeksi qaydalarına riaəyət olunması məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.
Toplantı çərçivəsində Gəlmə Turizm Komissiyasının və Getmə Turizm Komissiyasının gördüyü işlərə dair hesabatları dinlənilib.
İclasda İdarə Heyəti tərəfindən ATAA nəzdində Nizam İntizam Komisiyasının və Təftiş Komisiyasının yaradılması da qərara alınıb", - deyə Assosiasiyadan bildirilib.