2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan otellərində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4,3 dəfə artıb.
Eləcə də bax: Azərbaycanda mehmanxanaların tutumunun 84%-ə yaxını - İSTİFADƏSİZ QALIB
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, oteldə gecələyən xaricilərin sayı 4,3 dəfə artaraq 1 milyon 031,4 min nəfər olub.
Bu da ümumi gecələmələrin 50,4 faizini təşkil edir.
Gecələmələrin
19,7 faizi Səudiyyə Ərəbistanı,
11,2 faizi Rusiya Federasiyası,
10,0 faizi Birləşmiş Ərəb Əmirlikləri,
8,2 faizi Türkiyə,
4,3 faizi Küveyt,
4,1 faizi İsrail,
3,9 faizi Hindistan,
3,4 faizi ABŞ,
3,1 faizi Böyük Britaniya,
2,3 faizi Pakistan,
1,6 faizi Qazaxıstan,
1,5 faizi Qətər,
1,4 faizi Almaniya,
1,2 faizi Özbəkistan,
1,1 faizi Gürcüstan,
1,1 faizi İtaliya,
1,0 faizi İran,
0,9 faizi Oman,
0,7 faizi Çin,
0,6 faizi Niderland,
0,6 faizi Ukrayna
18,1 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşür.