Azərbaycan hotelləri koronavirus pandemiyası nəticəsində tamamilə zərərli olan və turizm sektoru üçün böyük problemlərlə yadda qalacaq 2020-ci ili cüzi də olsa gəlirlə başa vurmağa çalışırlar.
FED.az xəbər verir ki, COVİD-19-la bağlı hərəkət məhdudiyyətləri və digər qadağalara baxmayaraq bölgələrdəki bəzi hotellər Yeni İl şənlikləri keçirməyə qərar veriblər.
Artıq turizm şirkətləri və vasitəçilər belə şənliklərdə iştirak və bayram tətillərində hotellərdə istirahət qiymətlərini açıqlayıblar.
Təklif olunan qiymətlər və xidmətlər aşağıdakı kimidir.
SHAHDAG HOTEL & SPA 5* - 540 AZN
bir nəfərin 2 nəfərlik delüks otaqda qalma /31.12-03.01 tarixlərdə/
Qiymətə daxildir:
3 gecəlik delyüks plaza görünüşlü otaqda yerləşmə
Səhər yeməyi
31i axşamı şam yeməyi
Hovuzdan istifadə
SPA: Sauna (quru və buxar), Türk hamamı
PIK PALACE HOTEL SHAHDAG 5* - 705 AZN
bir nəfərin 2 nəfərlik delüks otaqda qalma /31.12-03.01 tarixlərdə/
Qiymətə daxildir:
3 gecəlik delyüks otaqda yerləşmə
Səhər yeməyi
31i axşamı şam yeməyi
Hovuzdan istifadə
SPA: Sauna (quru və buxar), Türk hamamı
YURD HOTEL GAKH 4* - 115 azn
bir nəfərin 2 nəfərlik standard otaqda qalma / 30.12.20 - 01.01.21 VƏ YA 31.12.20 - 02.01.21 tarixlərdə/
Qiymətə daxildir:
2 gecəlik standart otaqda yerləşmə
2 səhər yeməyi
Hotelin digər təkliflərinə gəlincə,
Balkonlu Queen kateqoriyalı otaqda 2 nəfərlik səhər yeməyi daxil 2 gecə - cəmi 230 ₼
Balkonlu Queen kateqoriyalı otaqda 2 nəfərlik səhər yeməyi daxil 3 gecə - cəmi 345 ₼
Villa, 4 yataq otağı və 1 qonaq otağlı 6 nəfərlik səhər yeməyi daxil 2 gecə - cəmi 814 ₼
Villa, 4 yataq otağı və 1 qonaq otağlı 6 nəfərlik səhər yeməyi daxil 2 gecə - cəmi 1221 ₼ təşkil edir.
SHAMAKHI PALACE SHARADIL 5* - 268 azn
bir nəfərin 2 nəfərlik delüks otaqda qalma /31.12-02.01 tarixlərdə/
Qiymətə daxildir:
2 gecəlik komfortlu delüks otaqda qalma
2 səhər yeməyi
Türk hamami, quru və buxar sauna və bağlı hovuzdan istifadə
LANKARAN SPRINGS WELLNESS RESORT 5* - 340 azn
bir nəfərin 2 nəfərlik standard otaqda qalma /31.12-02.01 tarixlərdə/
Qiymətə daxildir:
2 gecəlik balkonlu standart otaqda yerləşmə
səhər yeməyi
Hovuz və fitness mərkəzindən istifadə
SPA: Sauna (quru və buxar), Türk hamamı, buz otağı, termal hovuz.
QALAALTI HOTEL & SPA 5* - 420 AZN
bir nəfərin 2 nəfərlik superior otaqda qalma /31.12-02.01 tarixlərdə/
Qiymətə daxildir:
Gün ərzində 3 dəfə qidalanma
Yeni il axşamı açıq bufet menyusu (spirtli və spirtsiz içkilər)
Yeni il şam yeməyi 31 dekabr tarixində Mənzərə Restoranı və Xəzər Cafedə veriləcək.
Yeni il axşamı canlı musiqi alətlərinin ifası ilə müşayiət olunacaq. Rəqs nəzərdə tutulmur.
Hovuz, fitness, saunalar yalnız öncədən qeydiyyat ilə xidmət göstərir. Uşaq əyləncə otaqları fəaliyyət göstərmir.
«Rezervasiya olunduqdan sonra ödəniş 3 gün ərzində olunmalıdır və qeri qaytarılmır. Otellər sanitar və epidemioloji cəhətdən təhlükəsizliyi tam qoruyur»-deyə elanda bildirilir.