Özbəkistan Qazaxıstanla birlikdə 2019-cu ilin fevral ayında "Şengen viza"sının oxşarı olan "Silk visa"nın tətbiqinə başlayacaq.
FED.az xəbər verir ki, bu barədə Özbəkistanın Dövlət Turizm Komitəsinin sədr müavini vəzifəsini icra edən Uluqbek Kasımxocayev jurnalistlərlə görüşündə bildirib.
Eləcə də bax: “Buta Airways”dən müştərilərə əcaib tələb
Onun sözlərinə görə, viza Mərkəzi Asiya regionuna birgə xarici turist cəlb edilməsi və bütövlükdə bu marşrutun populyarlaşdırılması məqasədi ilə tətbiq olunacaq.
U.Kasımxocayev həmçinin qeyd edib ki, Qırğızıstan və Tacikistan da birgə vizaya maraq göstərir, Qazaxıstan tərəfi isə bu layihəyə Azərbaycan və Türkiyəni də daxil etməyi planlaşdırır.