Xocavənd rayonunun Hadrut qəsəbəsində və Tuğ kəndində yeni şərab klasteri yaradılacaq.
Eləcə də bax: Azərbaycanda şərabçılıq turizmi - İnkişaf Etdiriləcək
FED.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun Turizm məhsulu şöbəsinin müdiri Şərifə Həsənova bildirib.
Onun sözlərinə görə, hazırda ərazidəki üzüm növləri, şərabçılıq ənənələri araşdırılır.
“Dövlət Turizm Agentliyi yaradıldıqdan sonra biz Avropada tanınmış təşkilat olan Avropa Mədəni Marşrutlar İnstitutu ilə əməkdaşlığa başlamışıq. Bu təşkilatın əsas işi adıçəkilən regionda olan marşrutları məşhurlaşdırmaqdır. Biz instituta “İter Vitis Qafqaz” şərab marşrutunu təqdim etdik və onlar bunu innovativ layihə kimi qəbul etdi. Qafqaz ölkələrini birləşdirən ilk yenilikçi transmilli marşrut şərab bölgələrini, şərab zavodlarını, ev şərablarını və şərabla əlaqədar arxeoloji qazıntıları tanıdacaq. Şərab növlərinin fermentasiya üsulları, rəngi, dadı və qoxusu barədə danışılıb, Azərbaycanın şərabçılıq sənayesi, eləcə də ölkəmizdə istehsal olunan şərabların ixrac olunduğu ölkələr haqda məlumatlar təqdim olunub”, - deyə o, qeyd edib. (Report)