Azərbaycan ilə Maldiv arasında ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad edilib.
FED.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiq edib.
Qanuna əsasən, 2025-ci il sentyabrın 24-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Hökuməti ilə Maldiv Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiq edilib.











