2024-cü ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 265,7 milyon manat olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 26,9 faiz çoxdur.
Onun da 60,7 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,1 faizi ictimai iaşə xidmətlərindən, 3,3 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.