Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət Türkiyənin İstanbul şəhəri ilə və Gürcüntanla müqayisədə az olub.
Bakıda 2 ulduzlu otelin gecəsi 1000 manata qalxıb – COP29-a GÖRƏ OTELLƏRDƏ QİYMƏTLƏR “PARTLAYIB”
FED.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, Azərbaycan hotellərində orta qiymət yanvarda 87,5 manat (ötən ilin eyni dövrünə nisbətən 7,3 % çox), fevralda 102,6 manat (29,3 % çox), martda 134,3 manat (43,3 % çox), apreldə 131,7 manat (37,7 % çox), mayda 131,75 manat (dinamika elan edilməyib), iyunda 138,75 manat (4,5 % az), iyulda 136,75 manat (8,4 % az), avqustda 118 manat (48,5 % az), sentyabrda 126,8 manat ( -1,2 %), oktyabrda isə 140,9 manat (+9,8 %) təşkil edib.
İstanbulda orta qiymət yanvarda 159,5 manat (2,8 % az), fevralda 130,6 manat (14,5 % çox), martda 138,2 manat (15,7 % az), apreldə 180,8 manat (0,5 % çox), mayda 193,2 manat (dinamika elan edilməyib), iyunda 167,2 manat (18,6 % az), iyulda 160,2 manat, avqustda 164,2 manat (10,3 % az), sentyabrda 163 manat (- 6,9 %), oktyabrda isə 176,2 manat ( - 11,9 %) olub.
Gürcüstanda isə orta qiymət yanvarda 159 manat (34,7 % çox), fevralda 126 manat (21,5 % çox), martda 111 manat (0,1 % az), apreldə 141 manat (9,2 % az), mayda 132,2 manat (ötən ilin may aylarının göstəriciləri açıqlanmayıb), iyunda 121,4 manat (46,7 % az), iyulda 120,4 manat (50 % az), avqustda 134 manat (26,2 % az), sentyabrda 131,7 manat (- 10,8 %), oktyabrda isə 146 manat (+ 4,1 %) təşkil edib. (Report)