2018-ci ilin sonunadək xaricdə Azərbaycana məxsus daha bir Ticarət Evi açılacaq.
FED.az-ın Azərtac-a istinadən xəbərinə görə, yaxın aylarda Polşanın paytaxtı Varşavada Azərbaycan Ticarət Evinin açılması gözlənilir. Hazırda orada təmir və hazırlıq işləri gedir.
Ticarət Evində Azərbaycanda istehsal olunan məhsullar, eləcə də ölkəmizin turizm və investisiya imkanları nümayiş olunacaq.
Azərbaycan brendləri üçün daha bir Ticarət Evi açılacaq
23:36
26 Sen 2018