Azərbaycanla beynəlxalq hotel şəbəkəsi - “Aitken Spence Hotels” arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Türkiyənin tanınmış hotel brendi Bakıda - FƏALİYYƏTƏ BAŞLAYACAQ
FED.az bu barədə "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinə istinadən xəbər verir.
Məlumata görə, qurumun İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla şəbəkənin vitse-prezidenti Darell De Crusz, Rusiya və MDB ölkələri üzrə biznesin inkişafı direktoru Marina Smirnova, Şri-Lanka və Maldiv adları üzrə meneceri Srinivasa Reddy, "Air Arabia" şirkətinin Bakı nümayəndəsi Zöhrab Əliyevlə görüşərək onlarla qarşılıqlı turizm əlaqələrinin inkişafı və birgə iş birliyinin yaradılması məsələlərini müzakirə edib.
Görüşdə ATAA sədri qurumun fəaliyyəti, ölkənin turizm sənayesinin inkişafında rolu, üzvlərinin sayı haqqında ətraflı məlumat verib. G.Qəhrəmanov ATAA-nın xarici ölkələr üzrə yeni destinasiyaların açılması və bu istiqamətlərdə turizm təşkilatları və hotell şəbəkələri ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib. Son zamanlar Şri-Lanka və Maldiv adalarına səfər edənlərin sayında artımın müşahidə olunduğunu deyən ATAA sədri “Aitken Spence Hotels” ilə ATAA üzvləri arasında kommunikasiya əlaqələrinin genişləndirməsinin vacibliyini qeyd edib.
Müzakirələr çərçivəsində “Aitken Spence Hotels”in nümayəndələri hotel şəbəkəsinin potensialı,ölkələr üzrə sayı və fəaliyyət istiqaməti, global hotel sənayesindəki uğurları haqqında ATAA sədrinə ətraflı məlumat verib. Görüşdə qarşılıqlı turist cəlbediciliyin artırırlması, ikitərəfli münasibətlərin inkişafı, maraq doğuran layihələrin və turizm istiqamətlərinin hazırlanması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Aitken Spence Hotels” Şri-Lanka, Hindistan, Oman və Maldiv adalarında iki əsas brend: "Heritance Hotels and Resorts" və "Adaaran Resorts and Spa" adı altında 22 hotel və kurort şəbəkəsini idarə edir.