“Azərbaycan Hava Yolları” Yeni il münasibətilə 10 yanvar – 6 mart 2022-ci il tarixləri arasında həyata keçiriləcək uçuşlara dekabrın 29-dan 31-nə kimi aviabiletlərin alınması zamanı 50% güzəşt tətbiq edir.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu güzəşt aşağıdakı reyslərə şamil edilir:
⠀
– Bakı-İstanbul-Bakı
– Bakı-Tel-Əviv-Bakı
– Bakı-London-Bakı
– Bakı-Dubay-Bakı
– Bakı-Mineralnıye Vodı-Bakı
– Bakı-Küveyt-Bakı
– Bakı-Ciddə-Bakı
– Bakı-Moskva-Bakı
– Bakı-Antalya-Bakı