Bu ilin may ayından "Azərbaycan Hava Yolları” QSC (AZAL) İsrailin paytaxtı Tel-Əvivə uçuşların sayını həftədə 5 dəfəyə çatdıracaq.
FED.az xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.
Hazırda sözügedən istiqamətdə aviareyslər həftədə 2 dəfə - cümə axşamı və bazar günləri həyata keçirir.
Hazırda aviaşirkət Təl-Əvivdə keçirilən “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” sərgisində (International Mediterranean Tourism market - IMTM 2022) iştirak edir. IMTM Şərqi Aralıq dənizində ən əhəmiyyətli və ən böyük turizm sərgisidir. Burada 60-dan çox ölkə təmsil olunur. (Report)