28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi tərəfindən Küveytin “Marina” mehmanxanasının “Salva Sabah əl-Əhməd” konfrans və ziyafətlər zalında keçirilən təntənəli rəsmi ziyafətdə Küveyt-Bakı reysləri ilə birbaşa uçuşlar həyata keçirən aviaşirkətlər - Azərbaycan Hava Yolları (AZAL), “Kuwait Airways” və “Jazeera Airways” Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Ulu Öndərin vətənini görmək istəyən sərnişinlər üçün uçuş fürsətləri yaradıb.
Azərbaycan və BƏƏ vətəndaşları hər iki ölkəyə vizasız gedib - 3 AY QALA BİLƏCƏK
Səfirlikdən FED.az-a bildiriblər ki, həmin şirkətlər bir neçə sərnişinə Küveyt-Bakı-Küveyt istiqaməti üzrə “Biznes sinif” aviabiletləri təqdim ediblər. Sərnişinlərin arasında Müqəddəs Taxt-Tacın Küveyt Dövlətindəki apostol nunsisi Ögen Martin Nugent, Kamboca Krallığının Küveyt Dövlətindəki səfiri Saman Manan, Şri-Lanka Demokratik Sosialist Respublikasının Küveyt Dövlətindəki səfiri Kaandeepan Balasubramaniam, Rusiya Federasiyasının Küveyt Dövlətindəki səfirliyinin ikinci katibi, Küveyt və Pakistan vətəndaşları var.
Səfir E.Kərimov, eyni zamanda, küveytli turistləri və bu ölkədə yaşayan əcnəbiləri Azərbaycana səfər etməyə dəvət edib.