Aktau yaxınlığındakı təyyarə qəzasından sonra "Flydubai" reyslərinin ləğvi rusiyalı turistlər üçün ciddi problemlər yaradıb və aviabiletlə səyahət edənlərin 30%-ə qədəri tətil planlarından imtina etmək məcburiyyətində qalıb.
Azərbaycana ötən il turist axını 26% artıb
FED.az xəbər verir ki, bu barədə Rusiya Səyahət Sənayesi Assosiasiyası məlumat yayıb.
Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından sonra "Flydubai" Mineralnıye Vodı və Soçiyə uçuşların ləğvini bir neçə dəfə - əvvəlcə yanvarın 2-3-nə, sonra isə 8-9 və 22-dək uzadıb.
Bir neçə xarici aviaşirkət Rusiyanın cənubundakı hava limanlarına uçuşları ləğv edib, lakin Rusiyanın səyahət sənayesini ən çox narahat edən Dubay daşıyıcısının hərəkətləri olub.
Bir çoxları Dubaydan Banqkoka, Maldiv adalarına uçmaq niyyətində idilər, çünki Flydubai-nin 50-dən çox ölkəyə uçuş marşrutu var. On minlərlə rusiyalı turustin tətil planları pozulub.
Turoperatorlar yanvarın 15-də yeni təxir gözləyirlər və turistlərə xəbərdarlıq edirlər ki, yanvar-fevralın sonunda şirkətdən alınan reyslərdə uçuşlara görə məsuliyyət daşımırlar. (Marja)