İyunun 1-dən xarici vətəndaşlar Gürcüstan ərazisinə yalnız səyahət sığortası ilə giriş edə biləcəklər.
Bu barədə FED.az-a "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib.
Əgər Gürcüstanda nəzərdə tutduğunuz müddətdən artıq qalırsınızsa, sığortanın müddətini onlayn uzada və yaxud Gürcüstandakı sığorta şirkətlərindən sığorta ala bilərsiniz.
Qurum sərnişinlərdən yeni qaydaları nəzərə almağı xahiş edir.