“Azərbaycan Hava Yolları” QSC (AZAL) Özbəkistanın Səmərqənd şəhərinə aviareyslərin yerinə yetirilməsinə başlayıb.
FED.az xəbər verir ki, oktyabrın 4-də AZAL-ın Səmərqəndə ilk reysi həyata keçirilib.
Səmərqəndə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.
Uçuş bileti (iki tərəfə) ekonom sinif üçün 800-900 manat arasindadır. Burada Bakıdan Səmərqəndə uçuş - 320-340 manat, əks istiqamətdə isə 530-560 manat arasındadır. Biznes siniflə uçuş bir tərəfə 850 manat, iki tərəfə 1700 manata başa gəlir.