AZAL QSC-nin tərkibinə daxil olan “Buta Airways” aviaşirkəti Bakıdan yeni marşrut açır. Mayın 4-dən etibarən aviaşirkət Bakı-Trabzon-Bakı istiqamətində uçuşlar həyata keçirəcək.
FED.az xəbər verir ki, uçuşlar həftədə iki dəfə, cümə axşamı və bazar günlərinə planlaşdırılır. Qiymətlət bir tərəfə 150-204 manatdan başlayır.
Qara dəniz sahilində yerləşən Trabzon şəhəri zəngin mədəniyyəti və maraqlı tarixi ilə məşhurdur. Trabzonda çimərlik mövsümü maydan oktyabr ayınadək davam edir.
“Buta Airways”in bütün planlaşdırılmış reyslərinə aviabiletləri aviaşirkətin www.butaairways.az rəsmi internet saytından və ya mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.