“Azərbaycan Hava Yolları” QSC (AZAL) iyunun 15-dən Bakıdan Küveytə və əks istiqamətdə olan uçuşları bərpa edəcək.
FED.az bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, ilkin mərhələdə aviadaşıyıcı həftədə iki dəfə - çərşənbə və şənbə günləri reyslər həyata keçirəcək.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.




 
                            
                            
                         
            
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








