"Azərbaycan Hava Yolları" (AZAL) şirkəti Amerikaya uçuşları dayandırır. Şirkətin 2016 - cı ildə fəaliyyətə başlamış Bakı-Nyu-York reysi bu ilin oktyabr ayından etibarən ləğv edilir. Bu barədə AZAL-dan FED.az-ın sorğusuna cavab olaraq bildirilib.
Eləcə də bax: "Azal" “Boeing”lərdən imtina edir - AÇIQLAMA
ABŞ-ın aviasiya sənayesi bazarındakı problemlərlə əlaqədar olaraq, Milli aviadaşıyıcı bu il təyyarə parkını artıra bilməyib. Bu səbəbdən, AZAL aviaşirkətinin marşrut şəbəkəsində kommersiya cəhətdən ən rentabelli istiqamətlərin saxlanılması qərara alınmışdır. Bu istiqamətlər üzrə aviareyslər Heydər Əliyev Beynəlxalq Aeroportundan tranzit habı kimi istifadə olunması və ölkəmizə böyük turist axınının cəlb edilməsi üçün geniş imkanlar yaradacaq.
Yuxarıda sadalanan halları nəzərə alaraq, 2019-cu il oktyabr ayından etibarən Nyu-Yorka aviareyslərin dayandırılmasını məqsədəuyğun hesab etdik.
Eyni zamanda qeyd edək ki, 2016-cı ildən başlayaraq Azərbaycan və ABŞ arasında "Open Skies" (Açıq Səma) aviasiya sazişi qüvvədədir. Bu saziş hər iki ölkənin aviaşirkətlərinə iki ölkə arasında qeyri-məhdud sayda uçuşlar həyata keçirməyə imkan verir. Ümid edirik ki, Amerika aviaşirkətləri bu imkandan faydalanacaq və Bakıya birbaşa aviareyslər açacaqlar.
AZAL Amerikaya uçuşları dayandırır - ŞİRKƏTDƏN AÇIQLAMA
09:57
1 İyun 2019