Valletta (ayda təxminən 942 funt sterlinq), Vilnüs və Varşava ən bahalı kirayə evləri olan Avropa şəhərləridir.
Eləcə də bax: Avropada «kirayə müharibələri» başlayıb – YENİ QAYDALAR
FED.az xəbər verir ki, “Spotahome” platforması bu barədə məlumat verir.
Mütəxəssislər eyni zamanda, Kopenhagen, Stokholm və Afinanın da adlarını çəkirlər. Kirayələrdə ən çox nəzərə çarpan eniş Budapeştdə və Praqada müşahidə olunub.
Əvvəlcə mənzil qiymətlərinin artması bu şəhərlərdə daşınmaz əmlaka olan yüksək tələbatla əlaqələndirildi. Lakin koronavirus pandemiyasının yaratdığı məhdudiyyətlərdən sonra qiymətlər tədricən öz əvvəlki səviyyəsinə qayıtmağa başladı.
Mütəxəssislər qeyd edir ki, hazırkı qiymətlər səyahət üçün əlverişlidir. (Oxu)