Rusiyanın aşağı büdcəli aviaşirkəti olan «Pobeda» Yeni İldə maraqlı aksiya keçirib. FED.az xəbər verir ki, şirkət dekabrın 25-dən yanvarın 10-dən Şaxta Baba və Qar qız kostyumunda olan bütün müştəriləri pulsuz daşıyıb.
Aksiyaya görə, Yeni İl personajlarının paltarında olan müştərilər, təyyarədə boş yer olacağı təqdirdə şirkətin istənilən istiqamətinə pulsuz gedə bilərdi.
Bu aksiyadan 1968 nəfər istifadə edərək «Pobeda» ilə müxtəlif istiqamətlərə pulsuz uçub. Qeyd edək ki, eyni aksiya ötən il də edan edilmiş və onan 385 nəfər istifadə etmişdi.
Bu aksiyadan ən çox Moskva, Sankt-Peterburq, Ulan-Ude, İstanbul və Berqamo aeroportları istifadə edib. Qeyd edək ki, dekabrın 25-dən yanvarın 10-dək «Pobeda» 2264 reys edərək 400 min sərnişin daşıyıb.
Eləcə də bax: Təbriz-Bakı-Təbriz reysi açıldı - QİYMƏT
Yeni İl aksiyası o şəxslər üçün nəzərdə tutulmuşdu ki, Yeni İl ərəfəsində bilet ala bilməyib və pulsuz aeroportda reysi gözləmək üçün imkanı var. Statistika göstərir ki, müştərilərin 3%-i bilet aldıqları reysə gəlmir, ona görə də, Şaxta Baba və Qar Qızların təyyarə ilə pulsuz uçmaq şansları çox yüksək olub.
Qeyd edək ki, «Pobeda» aviaşirkəti aşağıbüdcəli şirkətdir və Rusiyanın «Aeroflot» şirkətinin tərkibində yaradılıb. Və müəyyən mənada Azərbaycanda «AZAL»ıq tərkibində fəaliyyət göstərən «Buta Airvays»ı xatırladır.