Turizm

Aviaşirkət Rusiyanın 9 şəhərindən Bakıya reyslərə - İCAZƏ ALDI

Aviaşirkət Rusiyanın 9 şəhərindən Bakıya reyslərə - İCAZƏ ALDI | FED.az
15:43 18 Dek 2019

“İkar” aviaşirkəti (Krasnoyarsk, “Pegas Fly” şirkətinin ticarət markası) Rusiyanın 9 şəhərindən Bakıya müntəzəm sərnişin daşımalarını yerinə yetirmək üçün icazə əldə edib.

FED.az xəbər verir ki, bu barədə RF Nəqliyyat Nazirliyi yanında idarələrarası komissiyanın iclasının çərşənbə günü dərc olunan materiallarında bildirilir.

Eləcə də bax: Rusiyanın daha bir şəhərindən Bakıya yeni - AİVAREYS AÇILIB - QİYMƏT

“İkar”ın reysləri ilə həftədə iki dəfə Yekaterinburq, Kazan, Krasnodar, Minvodı, Orenburq, Perm, Rostov-na-Donu, Samara və Ufadan Azərbaycanın paytaxtına səfər etmək mümkün olacaq.

“İkar” aviaşirkəti MMC 1997-ci ilin iyul ayında yaradılıb. “Pegas Fly” şirkətinin bazası Krasnoyarsk aeroportunda yerləşir. Şirkətin Moslva və Xabarovskda filialları, həmçinin Quançjouda (Çin) nümayəndəliyi var. Aviaşirkətin parkı beş ədəd Boeing-767-300, iki ədəd Boeing-737-800, iki ədəd Boeing-737-900 və altı ədəd Embraer-190-100 təyyarəsindən ibarətdir. 

"İnterfaks-Azərbaycan"

Digər xəbərlər

Banner