Gələn ildən Avropada qısa məsafəli reyslərin əksəriyyətinə aviabiletlər bahalaşacaq.
Eləcə də bax: Azərbaycanda xaricə təyyarə biletləri bir qədər də bahalaşıb – Rəsmi
FED.az xəbər verir ki, bu barədə Avropanın ən iri loukoster (ucuz qiymətli) hava yolları şirkəti Ryanair bildirib.
Şirkətin baş direktoru Maykl Oleari Reuters-ə açıqlamasında bahalaşmanın bu ilin payız və Milad tətillərində başlayacağını, gələn ilin yay turizm mövsümündə 2019-cu ildəki qiymətləri də keçəcəyini bildirib. Əsas səbəb pandemiyaya görə məhdudiyyətlər səbəbindən hələ də sərnişin sayında ən azı 20-25% azalmadır.
Pandemiyadan öncə ildə 149 milyon sərnişin daşıyan Ryanair mart 2021-mart 2022 fiskal ilində bu sayın maksimum 100 milyon nəfərə çatacağını proqnozlaşdırır. Yalnız 2024-cü ildə yeni hədəfə - ildə 200 milyon sərnişinə çatmaq mümkün olacaq. Bu məqsədşirkət Boeing-ə 200-dən çox 737 MAX təyyarəsi sifariş verməyi planlaşdırır. (Marja)