Azərbaycanda turizm sektorunda əldə edilən uğurlarla yanaşı, hələ də həllini tapmayan məsələlər var.
DTA: Bu il Azərbaycana turist axını 3 milyona çata bilər
FED.az xəbər verir ki, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Assosiasiyanın IV Assambleyasında deyib.
O bildirib ki, turizm sektorunda hazırda sağlam rəqabət tam təmin olunmayıb ki, bunun da müəyyən səbəbləri var: "Azərbaycanda bəzi şirkətlərin qeydiyyatsız fəaliyyət göstərməsi, viza alınması prosesi zamanı düzgün olmayan fəaliyyət, qeyri-rəsmi çalışan bələdçilər turizm sektorunda sağlam rəqabətin tam təmininə çətinliklər yaradır”.
O qeyd edib ki, ATAA bu istiqamətdə bir sıra görüşlər keçirib, müzakirələr aparıb: “Mövcud problemlər diqqətə çatdırılıb. Biz bundan sonra da bu məsələlərin həlli üçün fəaliyyətimizi davam etdirəcəyik". (Report)